Aİ ABŞ-yə cavab tədbirləri hazırlayır
ABŞ-nin ticarət tariflərinə cavab olaraq, Avropa İttifaqı (Aİ) Avropa Komissiyası (AK) tərəfindən tənzimlənən daxili bazarının birliyini gücləndirəcək.
TodayPress xəbər verir ki, bunu Avropa Parlamentinin Strasburqda keçirilən sessiyasında çıxış edən AK rəhbəri Ursula fon der Lyayen deyib.
"ABŞ-nin tariflərinə cavabımız Avropa bazarının birliyini gücləndirmək olmalıdır. Aİ ölkələri arasında qalan ticarət maneələrini aradan qaldırmaq lazımdır. Bu isə AK-nin iqtisadi gücünün artırılması və üzv dövlətlərin hökumətlərinin səlahiyyətlərinin azaldılması deməkdir" o bildirib.
Eyni zamanda, Aİ öz bazarının böyüklüyünə və texnoloji nailiyyətlərə arxalanaraq, ABŞ ilə güclü mövqedən tariflərlə bağlı danışıqlar aparmaq niyyətindədir.
Lyayenin sözlərinə görə, Aİ ABŞ-nin tariflərinə cavab olaraq sərt tədbirlər planı hazırlayıb, lakin danışıqlar yolu ilə həllinə ümid edərək hələlik onları tətbiq etmək istəmir.
Töhfə Səməd
tag: ABŞ,Avropa İtitfaqı,Tarif,Cavab,Todaypress.az,