Aİ ABŞ-yə inamını itirir...
Avropa İttifaqı (Aİ) ölkələri ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsinin təhlükəsizliyini şübhə altına almağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Defence News” mənbələrə istinadən məlumat yayıb.
Portal adı açıqlanmayan avropalı diplomatdan sitat gətirərək yazıb ki, bu, ehtiyatsızlıqdır.
Məqalə müəlliflərinin fikrincə, Vaşinqtonun müttəfiqləri, yüksək rütbəli amerikalı məmurlar arasında qrup söhbətindəki yazışmaları, ABŞ ilə “məxfi məlumatların davamlı mübadiləsini şübhə altına alan təhlükəsizliyin kobud şəkildə pozulması və birgə hərbi əməliyyatların təhlükəsizliyinə təhdid” kimi qiymətləndirirlər.
Aysel Mətləb
tag: ABŞ,Avropa İtitfaqı,Kəşfiyyat,İnam,Todaypress.az,