Aİ ABŞ-yə qarşı ticarət tariflərini təsdiqləyir
Avropa İttifaqı (Aİ) Şurası ABŞ-dən idxal olunan mallara qarşı ilk tarif paketini təsdiqləyib.
TodayPress “NBC”yə istinadən xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.
Mətbuatın məlumatına görə, yeni tariflər aprelin 15-dən qüvvəyə minəcək.
Bəyanatda bildirilib ki, Aİ ölkələri Avropa Komissiyasının ABŞ-yə qarşı ticarət sahəsində əks-tədbirlər tətbiq etmək təklifini dəstəkləyiblər.
Bu tariflər ABŞ-nin polad və alüminium məhsullarına tətbiq etdiyi rüsumlara cavab olaraq nəzərdə tutulub.
Aysel Mətləb
tag: Avropa İttifaqı,ABŞ,Tariflər,Tramp,Todaypress.az,