Aİ anti-Rusiya sanksiyalarının ləğvi üçün şərt müəyyən etdi
Rusiya qoşunlarının Ukrayna ərazisindən çıxarılması Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi və ya dəyişdirilməsi üçün əsas şərtlərdən birinə çevrilə bilər.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” agentliyi Avropa Komissiyasına istinadən məlumat yayıb.
“Rusiya silahlı qüvvələrinin Ukraynadan qeyd-şərtsiz çıxarılması sanksiyaların dəyişdirilməsi və ya ləğvi üçün əsas ilkin şərtlərdən biri olardı” deyə nəşr Avropa Komissiyasının nümayəndəsindən sitat gətirib.
Aysel Mətləb
tag: Avropa İttifaqı,Rusiya,Sanksiya,Ləğv,Todaypress.az,