Aİ “Azadlıq” radiosunu maliyyələşdirə bilər
Avropa İttifaqı (Aİ) fəaliyyətinə ABŞ Qlobal Media Agentliyi (USAGM) tərəfindən nəzarət edilən “Azadlıq” radiosunun maliyyəsini öz üzərinə götürməyi düşünür.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bunu regional Birliyin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib.
“Biz maliyyə təmin edə və ABŞ-nin maliyyə itkisindən yaranan boşluğu doldura bilərikmi? Bizim bunu müzakirə etməyimiz və çıxış yolu tapmağımız üçün təkid edirlər” deyə o bildirib.
Diplomat vurğulayıb ki, regional birlik “Azadlıq” radiosuna yardım üçün “avtomatik olaraq” pul ayırmağa başlaya bilməz. Səbəb çoxlu sayda başqa təşkilatların Brüsselə analoji tələblə müraciət etməsidir.
Qeyd edək ki, martın 14-də Amerika lideri Donald Tramp 7 federal qurumda geniş miqyaslı işçilərin ixtisarına dair sərəncam imzalayıb. Bu, “Azadlıq” radiosunun fəaliyyətini maliyyələşdirən USAGM-ə də aiddir. İki gün sonra isə “Azadlıq” radiosu fəaliyyətini dayandırıb.
tag: Aİ, “Azadlıq” radiosu,ABŞ,Kaya Kallas,todaypress.az,