Aİ bəzi sahələrdə Suriyaya qarşı sanksiyaları dayandıracaq
Avropa İttifaqı ölkələri enerji və
nəqliyyat da daxil olmaqla bir sıra sahələrdə Suriyaya qarşı tətbiq edilən
sanksiyaları dayandırmaq niyyətindədir.
TodayPress xəbər verir ki, bu barədə “Reuters”
müvafiq bəyannamə layihəsinə istinadən məlumat yayıb.
Sənəddə Aİ Şurasının Suriyaya qarşı enerji, nəqliyyat,
ölkənin yenidən qurulması, habelə bununla bağlı maliyyə və bank
əməliyyatlarının aparılması sahələrində qüvvədə olan bir sıra məhdudlaşdırıcı
tədbirlərin dayandırılması qərarından bəhs edilib.
tag: Avropa İttifaqı, Suriya, Sanksiya, Enerji, Nəqliyyat, todaypress.az,