Aİ də Ukraynaya yardımı dayandırır
Avropa İttifaqı Macarıstanın etirazlarına görə Kiyevə ayrılan 20 milyard avroluq hərbi yardım paketinin hazırlanmasını dayandırır.
TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Avropa Şurasının prezidenti Antonio Kosta martın 3-də Macarıstanın Baş naziri Viktor Orbana məktub göndərib.
Macarıstan etiraz etdikdən sonra Aİ yardımın dayandırılması qərarına gəlib. Bundan öncə də Amerika prezidenti Donald Trampın göstərişi ilə ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırıb.
Qeyd edək ki, Aİ 2025-ci il üçün Kiyevi dəstəkləmək üçün 60 milyard avro ayırıb.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,Ukrayna,Hərbi Yardım,Dayanma,Todaypress.az,