Aİ-dən Moldovaya 200 milyon avroluq ilkin maliyyə yardımı ayrıldı

Dünya

20.02.2025 13:00

1579

Kişinyov Avropa İttifaqından 200 milyon avro həcmində ilkin maliyyə yardımı alacaq. Bu yardım Avropa Parlamenti, Avropa Komissiyası və Aİ Şurası tərəfindən çərşənbə günü razılaşdırılmış 1,9 milyard avroluq genişmiqyaslı dəstək paketi çərçivəsində ayrılıb. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Parlamentinin Moldova ilə əlaqələr üzrə nümayəndə heyətinin sədri Ziqfrid Mureşan “Moldpres”ə məlumat verib.

“Biz sürətli razılığa gəldik və bu qərar martın əvvəlində Avropa Parlamentində səsverməyə çıxarılacaq. Qanun qüvvəyə minəcək, plan icra olunacaq və Moldova maliyyə yardımını alacaq. Həmçinin ilkin maliyyələşdirməni Avropa Komissiyasının əvvəlcə təklif etdiyi 7%-dən 18%-ə qədər artırmağa nail olduq” deyə o, bildirib.

Onun sözlərinə görə, Moldova üçün əlavə 200 milyon avro ilkin maliyyələşdirmə ayrılıb və vəsait aprel ayının sonuna qədər ölkəyə çatacaq. Bundan başqa, əvvəllər müzakirə olunan 1,8 milyard avroya əlavə olaraq, Aİ Moldovaya 100 milyon avro dəyərində qrant ayırıb. Bu məbləğin geri qaytarılmasına ehtiyac olmayacaq. Qrant çərçivəsində ayrılan 60 milyon avro Dnestryanı bölgə üçün nəzərdə tutulub.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Aİ,Avropa Komissiyası,Yardım,todaypress.az,