Aİ Gürcüstana etiraz etdi
"Gürcüstanda "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul edilməsi və media standartları ölkənin Avropa İttifaqına (Aİ) inteqrasiyasına mane olacaq".
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı nümayəndəliyinin bəyanatında yazılıb.
"Bu addımlar Gürcüstanda demokratiyanın əsaslarını daha da sarsıdır. Bu cür hərəkətlər Avropa İttifaqının demokratiya, qanunun aliliyi və media plüralizmi kimi dəyərlərinə kökündən uyğun gəlmir və namizəd ölkədən gözlədiyimizdən çox uzaqdır" bəyanatda deyilir.
Türkan İsgəndərli
tag: Aİ,Gürcüstan,Media,Dünya,todaypress.az,