Aİ İsraili tənqid etdi
"İsrail Qəzza zolağındakı hərəkətləri ilə həddini aşıb".
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “La Repubblica” qəzetinə müsahibəsində bildirib.
"İsrailin özünümüdafiə hüququ var, lakin son hadisələr onun sərhədi keçdiyini açıq şəkildə nümayiş etdirdi. İnsan itkisi çox böyük və dəhşətlidir" o deyib.
Kallas əlavə edib ki, Fələstin xalqının hüquqlarına hörmət edilmədən İsrailin təhlükəsizliyi təmin edilə bilməz.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,İsrail,Kaya Kallas,Tənqid,Todaypress.az,