kəskin tənqid olundu

Dünya

18.04.2025 11:09

13

Britaniyalı analitik Aleksandr Merkuris bildirib ki, Avropa Komissiyası nümayəndələrinin Qələbə Gününün 80-ci ildönümünü qeyd etmək üçün Moskvaya səfər etmək istəyən liderlərə təzyiq göstərməsi, Aİ daxilində kiçik ölkələrə olan münasibətin əsl mahiyyətini üzə çıxarır.   

TodayPress xəbər verir ki, o, bu barədə "YouTube" kanalında danışıb.  Merkuris qeyd edib ki, Serbiya və keçmiş Çexoslovakiya kimi ölkələrin Qırmızı Ordu tərəfindən azad edilməsinin ildönümünü qeyd etməyə çalışmaları Brüsseldə xoş qarşılanmır.

Onun sözlərinə görə, Aİ yalnız Fransa, Almaniya və İtaliya kimi böyük ölkələrin fikirlərini nəzərə alır, digərləri isə sanki “vilayət” kimi qəbul olunur. 

O vurğulayıb ki, Avropa İttifaqı getdikcə “fövqəlmilli dövlət” formasını alır.  Avropa İttifaqından gələn təzyiqlərə baxmayaraq, Serbiya, Slovakiya, Ermənistan Moskvaya səfər edəcəyini açıqlayıb.   

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,Tənqid,Rusiya,Təzyiq,Todaypress.az,