Aİ Macarıstanın etirazlarını dəf etməyə çalışır
Avropa İttifaqı Macarıstanın etirazlarına baxmayaraq, Ukraynaya dəstək axtarır.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Aİ martın 6-da Ukraynadakı vəziyyət və Avropanın müdafiəsinin gücləndirilməsi ilə bağlı sammit keçirəcək.
Lakin Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya dəstək verən hər hansı qərarın qəbuluna mane olacağını bildirib. Avropa Şurasının sədri Antonio Kosta sammitdə onunla razılığa gəlməyə çalışacaq. Əgər bu mümkün olmasa, blok Macarıstanın veto hüququnu neytrallaşdırmaq üçün alternativ üsullar nəzərdən keçirəcək.
Qeyd olunub, Aİ anti-Rusiya sanksiyalarının saxlanması və Macarıstanın etirazlarını dəf etmək üçün səs çoxluğu ilə qərar qəbul etmək variantını da müzakirə edir. Lakin mövcud qanunvericiliyə görə, bu, asan olmayacaq, çünki Aİ-də əsas qərarlar yekdilliklə qəbul edilir.
Türkan isgəndərli
tag: Avropa İttifaqı,Macarıstan, Orban, Ukrayna, todaypress.az,