Aİ Mersin “Taurus” raketləri ilə bağlı açıqlamasını alqışladı

Dünya

15.04.2025 14:35

16

“Ukraynanın özünü müdafiə etməsi üçün daha çox şey etməliyik”.

TodayPress xəbər verir ki, bu fikirləri Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas Almaniyanın gələcək kansleri Fridrix Mersin “Taurus” uzaqmənzilli raketlərinin Ukraynaya verilməsini dəstəkləməsi ilə bağlı bildirib.

“Euractiv” portalının məlumatına görə, Mersin təşəbbüsü Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanıb. Kaya Kallas deyib ki, bu cür dəstək Ukraynada dinc əhalinin həyatını xilas etmək baxımından da önəmlidir.

Niderlandın xarici işlər naziri Kaspar Veldkamp da məsələ ilə bağlı danışaraq “Taurus” raketlərinin verilməsini “Ukrayna münaqişəsində Avropa ölkələrinin birgə mövqeyini göstərən mühüm siqnal” adlandırıb.

Polşanın xarici siyasət rəhbəri Radoslav Sikorski isə həmkarları ilə razılaşaraq Fridrix Mersin təklifini “çox yaxşı” qiymətləndirib.

Xatırladaq ki, Fridrix Mers daha əvvəl bəyan etmişdi ki, “Taurus” raketləri yalnız Avropa tərəfdaşları ilə razılaşdırılmış halda Ukraynaya veriləcək. Onun sözlərinə görə, bu məsələ koordinasiyalı qərar tələb edir.

Qiymət Mahir

tag: ABŞ,Aİ,Mers,Ukrayna,todaypress.az,