Aİ müdafiə xərclərini 100 milyard avro artırmaq niyyətindədir
Avropa Komissiyası Avropa İttifaqının büdcəsindən müdafiə sahəsinə ən azı 100 milyard avro əlavə investisiya ayırmağı nəzərdə tutan layihənin hazırlığını başa çatdırıb.
TodayPress ispaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, sənəd martın 6-da Brüsseldə keçiriləcək Aİ üzv ölkələrinin fövqəladə sammitində müzakirə ediləcək.
Nəşrə görə, Avropa Komissiyası ABŞ və Rusiya prezidentləri – Donald Tramp və Vladimir Putin arasındakı münasibətlərdə baş verən dəyişikliklər fonunda gərgin geosiyasi vəziyyət səbəbindən müdafiə xərclərini sürətlə artırmağa çalışır.
Brüssel bu təşəbbüsün həyata keçirilməsi üçün bir neçə variant təklif edir.
Əsas mexanizmlərdən biri 100 milyard avroya qədər birgə hərbi satınalmalar təşkil etməkdir. Digər təkliflər isə istifadə olunmamış birləşmə fondlarının hərbi məqsədlərə yönəldilməsi və Avropa İnvestisiya Bankından kreditlərin cəlb olunmasıdır.
Bundan əlavə, Avropa Müdafiə Fondu da daxil olmaqla, digər maliyyə alətlərinin işə salınması nəzərdə tutulur.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Avropa Komissiyası,Müdafiə,Xərc,Todaypress.az,