Aİ müdafiəni gücləndirir

Dünya

27.02.2025 11:15

2031

Avropa İttifaqı (Aİ) əlavə müdafiə maliyyəsi üçün yüz milyardlarla avro ayırmaq niyyətindədir.   

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. 

Buraya milli resursların sərbəst buraxılması üçün büdcə qaydalarının dəyişdirilməsi, potensial birgə maliyyələşdirmə və mövcud vəsaitlərin yenidən bölüşdürülməsi daxildir. 

Eyni zamanda, Avropa iki mürəkkəb problemlə üz-üzədir: müdafiə sənayesi inkişaf etməyib və sürətli yenidən silahlanmaya hazır deyil, Ukraynaya dəstək sayəsində onun silah anbarları praktiki olaraq boşdur.

Bununla yanaşı, yerli silah istehsalçılarını dəstəkləmək kifayət qədər vaxt və pul tələb edir.

Agentlik qeyd edir ki, bu vəziyyət Aİ-ni istənilən mövcud resursları axtarmağa məcbur edir. 

Bildirilib ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin müdafiə planı üç elementdən ibarət olacaq və bunların hamısı mürəkkəbdir. Onların nə dərəcədə həyata keçiriləcəyi isə hələ ki, bəlli deyil.

Danışıqlarda  xüsusilə iki-dörd il ərzində milli ÜDM-in 1-2 faizini təşkil edə biləcək büdcə kəsirinin hesablamalarından müdafiə xərclərinin istisna edilməsinə üstünlük veriləcək.   

Töhfə Səməd

tag: Aİ,Müdafiə,Tədbir,Ursula fon der Lyayen,Todaypress.az,