Aİ-nin 800 milyardlıq planı uğursuz ola bilər

Dünya

26.03.2025 12:42

2326

Avropa İttifaqının (Aİ) hərbi gücünü artırmaq üçün hazırladığı 800 milyard avroluq plan ciddi risk altındadır. 

TodayPress xəbər verir ki, bu barədə britaniyalı siyasi analitik Aleksandr Merkuris öz “YouTube” kanalında danışıb.

Ekspert bildirib ki, Avropanın yaxın illərdə bu məbləği müdafiə məqsədilə xərcləyəcəyinə inanmaq “ağlabatan deyil”: 

“Bu vəsaitin tam şəkildə müdafiəyə yönələcəyini düşünənlər ciddi şəkildə yanılırlar. Eyni vəziyyət pandemiyadan sonra yaradılan bərpa fondunda da yaşanmışdı – pul planlaşdırılan sahələrə yox, borcların örtülməsinə və müxtəlif layihələrə sərf olundu”.

Merkuris Aİ-nin qarşılaşdığı əsas problemlərdən birinin isə açıq şəkildə etiraf edilmədiyini vurğulayıb: 

“Avropada bu planları reallaşdıracaq sənaye bazası yoxdur. Bu məsələ həll olunmadan hərbi güclənmə səyləri nəticəsiz qalacaq”.

Xatırladaq ki, martın 4-də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin 800 milyard avroluq silahlanma planını təqdim etmişdi.

Bu çərçivədə Aİ həm də hava hücumundan müdafiə sistemlərinin istehsalı və Ukraynaya silah tədarükü üçün əlavə 150 milyard avro kredit cəlb etməyi planlaşdırır.   

Qiymət Mahir

tag: Avropa İttifaqı,800 milyard,Avro,Ukrayna,Münaqişə,Todaypress.az,