Aİ-nin Ukraynaya ayırdığı yardım paketi nə vaxt təsdiqlənəcək?

Dünya

18.03.2025 10:55

2293

"Avropa İttifaqı ölkələri bu həftənin sonuna qədər Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gələ bilməyəcəklər".     

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.     

Bildirilib ki, Avropa liderləri bu təklifi 20 mart Sammitdə müzakirə edəcəklər, lakin qərar təsdiqini tapmayacaq. 

Buna səbəb icma ölkələrinin əksəriyyəti təşəbbüsü dəstəkləsə də, bəzi dövlətlər, xüsusən də Fransa və İtaliyanın daha çox vaxt istəmələri olub.

Macarıstan isə Kiyevə hər hansı yardımın göstərilməsinə tamamilə qarşıdır. 

Qeyd edək ki, bundan öncə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas 27 Aİ ölkəsinin xarici işlər nazirlərinin Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlmədiklərini bildirib. 

Türkan İsgəndərli

tag: Avropa İttifqı,Ukrayna,Hərbi,Yardım,Milyard,Dollar,Todaypress.az,