Aİ-nin Vaşinqtonla münasibətləri gərginləşə bilər

Dünya

03.02.2025 14:15

2438

Avropa İttifaqının (Aİ) Amerika silahlarının alınmasından imtina etməsi Vaşinqtonla münasibətləri ciddi şəkildə poza bilər. Belə bir addım ABŞ Prezidenti Donald Trampın sərt reaksiyasına səbəb olacaq. 

TodayPress xəbər verir ki, bu barədə “Politico” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Nəşrə görə, hazırda ABŞ silahlarının alınmasının dayandırılmasını ən çox Fransa tələb edir. Rəsmi Paris hesab edir ki, Avropa vergi ödəyicilərinin pulları məhz Aİ daxilində istehsal olunan silahlara xərclənməlidir. Bununla belə, digər ölkələr Fransanı belə addımın nəticələri barədə xəbərdar ediblər. Xüsusilə, Trampın qərara mənfi reaksiya verəcəyi vurğulanıb.

“Əgər biz Aİ olaraq müdafiə potensialımıza milyardlarla dollar sərmayə qoymaq və eyni zamanda ABŞ-yə qapını qəti şəkildə bağlamaq niyyətindəyiksə, sizcə, bu, Mar-a-Laqoda necə qarşılanacaq?” deyə Avropalı diplomatlardan biri bildirib.

Bununla yanaşı, adının açıqlanmasını istəməyən fransız hərbçi Parisin ideyasının geniş dəstək qazanmasının çətin olduğunu qeyd edib. Onun sözlərinə görə, bir çox ölkə ABŞ-ni Aİ bazarına cəlb etməkdə maraqlıdır və Vaşinqtonu belə qərarlarla uzaqlaşdırmaq istəmir.

Qiymət Mahir

tag: Avropa İttifaqı,Donald Tramp,Fransa ,todaypress.az,