Aİ ölkələri Trampın tariflərinə qarşıdır
Avropa İttifaqı (Aİ) ABŞ prezidenti Donald Trampın tariflərinə qarşı ilk əks tədbirlər paketini yaxın günlərdə təsdiqləməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
28 milyard dollara qədər olan Amerika mallarının idxalına məhdudiyyətlərin tətbiq ediləcəyi bildirilir. Bu əks tədbirlərlə bağlı ilk səsvermə üçün ehtimal edilən tarix aprelin 9-dur. Həmçinin onların böyük ehtimalla aprelin 15-dən etibarən qəbul ediləcəyi və tətbiq ediləcəyi bildirilir.
Nəşr qeyd edir ki, Aİ-nin cavab tariflərinə “diş ipindən tutmuş almaza qədər hər şey” daxil olacaq. Əlavə rüsumların tətbiq olunacağı malların siyahısına ağac, ət, taxıl məhsulları, şərab, geyim və tualet kağızı daxil ediləcək.
Töhfə Səməd
tag: Avropa İttifaqı ,Donald Tramp,Tarif,Əks cavab,todaypress.az,