Aİ ölkələri Ukraynaya qoşun göndərəcək?
"Avstraliya Avropa İttifaqı (Aİ) ölkələri ilə Ukraynaya qoşun göndərilməsi məsələsini müzakirə edəcək".
TodayPress xəbər verir ki, bu barədə "ABC" məlumat yayıb.
Avstraliyanın Baş naziri Entoni Albanezin Ukraynaya sülhməramlıların göndərilməsi imkanlarını müzakirə etmək üçün martın 15-də digər dünya liderləri ilə telefon danışığı aparacağı bildirilir.
Qeyd edilir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin təşkil etdiyi telefon danışığında Fransa, Almaniya, İtaliya, Kanada və Yeni Zelandiya liderləri ilə yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski də iştirak edəcək.
Bundan əvvəl xəbər verilib ki, Böyük Britaniya və Fransa tezliklə ABŞ prezidenti Donald Trampa münaqişə zonasına sülhməramlı missiyanın göndərilməsində iştirak etməyə hazır olan ölkələr qrupunu təqdim etmək niyyətindədirlər.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,Ukrayna,Qoşun,Avstraliya,Todaypress.az,