Aİ ölkələrinin qaz ehtiyyatları kəskin azaldı
Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi üç ildən artıq müddətdə ilk dəfə olaraq 35%-dən aşağı enib.
TodayPress xəbər verir ki, bu barədə Gas Infrastructure Europe (GIE) məlumat yayıb.
Məlumata görə, Aİ ölkələrində anbarların dolumluluq səviyyəsi 34,53% təşkil edir, bu da son beş il ərzində bu tarix üçün orta göstəricidən 11,31 faiz bəndi azdır.
Qeyd olunub ki, Aİ ölkələri istilik mövsümü başlayandan bəri yeraltı anbarlardan təxminən 72 mlrd. kubmetrdən artıq qaz çıxarıb. Avropada istilik mövsümü 29 oktyabr 2024-cü ildə başlayıb.
Bildirilib ki, hazırda anbarlardakı qazın ümumi həcmi 38,3 mlrd. kubmetr təşkil edir.
tag: Avropa ,Qaz, Ehtiyyatları ,İstilik ,todaypress.az,