Aİ ordusunun hərəkət qabiliyyəti ciddi problemlərlə üzləşə bilər

Dünya

08.02.2025 16:23

2750

Avropa İttifaqı ölkələri münaqişə zamanı qoşun və ağır texnikanın sərhədlərarası hərəkəti ilə bağlı ciddi çətinliklərlə qarşılaşa bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Der Spiegel” Avropa Hesablama Palatasının hesabatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, sahəyə milyardlarla avro sərmayə qoyulmasına baxmayaraq, qəbul edilən planlar səmərəsiz olub.

Avropa Komissiyası nə ehtiyacların dəqiq qiymətləndirilməsini aparıb, nə də etibarlı maliyyə planı hazırlayıb. Nəticədə, 1,7 milyard avroluq büdcə 2023-cü ilin sonuna qədər tükənib, maliyyə çatışmazlığı isə ən azı 2027-ci ilə qədər davam edəcək.

Hesabatda bildirilir ki, maliyyələşdirilən layihələr strateji prioritetlər nəzərə alınmadan seçilib və bir sıra bürokratik maneələr mövcuddur. Məsələn, bəzi Aİ ölkələrinin qanunvericiliyində ağır texnikanın çəkisinə məhdudiyyətlər var. Bu səbəbdən tankların sərhədlərarası hərəkəti çətinləşib və hətta bəzi hallarda marşrutların dəyişdirilməsinə məcbur olunub. 

Qiymət Mahir

tag: Avropa İttifaqı,Aİ,Ağır texnika,Hesabat,Dünya,todaypress.az,