Aİ rəsmisi: “Ukraynada ikiqat silah təminatı mümkündür”
Avropa İttifaqının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus bildirib ki, Qərbin Ukraynaya ayırdığı hərbi yardım ölkə daxilində istehsal olunan silahların alınmasına yönəldilsə, bu dəstəyin real həcmi ikiqat arta bilər.
TodayPress xəbər verir ki, bu barədə Kubilyus “UNIAN” nəşrinə danışıb.
Onun sözlərinə görə, hazırda ABŞ və Aİ Ukraynaya hər il təxminən 40 milyard avro dəyərində hərbi yardım göstərir.
Lakin bu vəsait Ukrayna daxilində, istehsal xərclərinin daha ucuz olduğu yerli müdafiə sənayesinə yönəldilərsə, eyni məbləğlə ikiqat silah təminatı mümkündür. Bu, 80 milyard avroluq yardım effekti yarada bilər.
Qiymət Mahir
tag: Aİ,Ukrayna,Silah,Tədarük,todaypress.az,