Aİ rəsmisi: “Ukraynaya ayrılan yardım artırılmalıdır”

Dünya

03.02.2025 15:15

1720

“Avropa İttifaqı (Aİ) 2022-ci ilin fevralından etibarən Ukraynaya 134 milyard avro həcmində yardım ayırıb və bu məbləğ daha da artırılmalıdır”. 

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin diplomatiya rəhbəri Kaja Kallas Brüsseldə keçirilən illik səfir konfransında çıxışı zamanı bildirib. 

“Artıq 134 milyard avro yardım ayırmışıq, bunun təxminən 50 milyard avrosu hərbi yardımdır. Yardımın azaldılmasını müzakirə edə bilmərik, əksinə, onu artırmalıyıq” deyə Kallas vurğulayıb. 

Aİ rəsmisinin sözlərinə görə, Ukrayna Avropa İttifaqının əsas prioriteti olmalıdır. 

Qiymət Mahir

tag: Avropa İttifaqı,Ukrayna,Yardım,Kaja Kallas ,Brüssel,Todaypress.az,