Aİ rəsmisi: “Xalq tələb etmədikcə seçkiyə ehtiyac yoxdur”

Dünya

28.03.2025 17:15

1297

“Ukraynada prezident seçkilərinin keçirilməsi yalnız xalqın iradəsi ilə müəyyən olunmalıdır”. 

TodayPress xəbər verir ki, bu fikri Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinq zamanı səsləndirib.

Pinyo jurnalistlərin sualına cavab olaraq bildirib ki, Ukrayna prezidenti demokratik yolla seçilib və əgər Ukrayna xalqı yeni seçkiləri tələb etmirsə, demək buna ehtiyac yoxdur:

“Volodimir Zelenski legitim prezidentdir. Əgər Ukrayna xalqı seçkilərin keçirilməsini tələb etmirsə, bunu kənardan heç kim tələb edə bilməz”. 

Qiymət Mahir

tag: Avropa İttifaqı,Ukrayna,Paula Pinyo,Seçki,Todaypress.az,