Aİ Rusiya KİV-lərinə qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

24.02.2025 14:40

1476

Avropa İttifaqı (Aİ) 16-cı antirusiya sanksiyaları çərçivəsində səkkiz Rusiya KİV-nin fəaliyyət lisenziyalarını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.

TodayPress xəbər verir ki, bu barədə Aİ-nin Xarici İşlər Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səkkiz Rusiya KİV-nin lisenziyaları dayandırılıb və bu KİV-lərin öz xəbərlərini yayımlamaq qadağan edilib. Sanksiyalar “EADaily”, “Fondsk.ru”, “Lenta.ru”, “News Front”, “RuBaltic”, “SouthFront”, Strateji Mədəniyyət Fondu və “Zvezda” televiziya kanalını əhatə edir.

Qeyd edilib ki, tədbirlər KİV-lərin və onların əməkdaşlarının Aİ ərazisində başqa fəaliyyətlərlə məşğul olmalarını, məsələn, araşdırma aparmaq və müsahibə götürmək hüququnu məhdudlaşdırmır.

Qiymət Mahir

tag: Aİ,Rusiya,KİV,Sanksiya,todaypress.az,