Aİ Rusiyadan qaz idxalını ən yüksək səviyyəyə çatdırdı

Dünya

19.03.2025 14:43

1776

Avropa İttifaqı (Aİ) yanvarda Rusiyadan qaz idxalını iki ildə ən yüksək səviyyəyə çatdırıb. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, Aİ yanvar ayında ümumilikdə 1,9 milyard avro dəyərində boru kəməri qazı və mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib. 

“Eurostat” məlumatları və “TASS”ın hesabatlarına görə, Aİ 1,07 milyard avro dəyərində Rusiya LNG-sini idxal edib ki, bu da 2024-cü ilin dekabrına nisbətən 17 faiz, 2024-cü ilin yanvarına nisbətən isə 57 faiz artım göstərir.

Bu, 2023-cü ilin yanvarından bəri Rusiyanın LNG-sinə olan ən yüksək xərcləmədir.

Həmin vaxt 1,3 milyard avrodan çox alış-veriş edilib.  Bildirilib ki, Fransa 455 milyon, ardından İspaniya 261,5 milyon və Belçika 256,7 milyon avro dəyərində LNG alıb.

Niderland da Rusiyadan LNG idxalını 2024-cü ilin dekabrına nisbətən 1,6 faiz artıraraq 100 milyon avro səviyyəsinə çatdırıb. 

Qiymət Mahir

tag: Avropa,Rusiya,Qaz,İdxal,Todaypress.az,