Aİ Rusiyanın SWIFT-ə qoşulmasına razı deyil
Avropa İttifaqı (Aİ) Rusiya banklarının SWIFT sisteminə qoşulmasına razı deyil.
TodayPress xəbər verir ki, bu barədə “Euractiv” nəşri Avropa diplomatik mənbələrinə istinadla məlumat yayıb.
Almaniyanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş elmi əməkdaşı Yanis Kluq bildirib ki, SWIFT sistemi Belçikada yerləşdiyindən Aİ qanunvericiliyinə və sanksiya rejiminə tabe olur.
Ekspert ehtimal edir ki, iyulun sonunda sanksiyaların müddəti bitdikdə Macarıstan kimi bir ölkə uzadılmanı bloklamağa cəhd edə bilər.
Amma Kluq əmindir ki, Vaşinqton nə Aİ-ni, nə də SWIFT-i Rusiya banklarını yenidən şəbəkəyə qoşmağa məcbur edə bilər.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Rusiya, SWIFT,Etiraz,Todaypress.az,