Aİ Rusiyaya “B planı” hazırlayır
Avropa İttifaqı (Aİ) ABŞ administrasiyası Ukrayna üzrə sülh danışıqlarından geri çəkilərsə və Moskva ilə yaxınlaşarsa, Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi üçün alternativ “B planı” üzərində işləyir.
TodayPress xəbər verir ki, bu barədə “Financial Times”a müsahibəsində Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas məlumat verib.
Onun sözlərinə görə, Vaşinqtonun “Ukraynanı tərk etmək” və Rusiya ilə yeni razılaşma imzalamaq ehtimalı Avropada ciddi narahatlıq doğurur.
İyul ayında Macarıstan onların uzadılmasına veto qoysa belə, “B planı”nın məqsədi sanksiyaların davamını təmin etməkdir.
Diplomat vurğulayıb ki, Aİ ölkələri Krımı Rusiyanın ərazisi kimi tanımayacaq və bu mövqe dəyişməzdir.
Qiymət Mahir
tag: Avropa İttifaqı,ABŞ ,Ukrayna ,Vaşinqton,todaypress.az,