Aİ Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədi

Dünya

14.05.2025 12:01

13

Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. 

TodayPress xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.

Yeni sanksiyalar əsasən Rusiyanın neft ixracında istifadə etdiyi və “kölgə donanması” adlandırılan gəmilərlə mübarizəyə yönəlib.

Sanksiyalar paketində Rusiya nefti və qazı ilə bağlı əlavə məhdudiyyətlər də yer alacaq. 

Xatırladaq ki, Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini bu ilin fevralında qəbul edib. Həmin paket çərçivəsində Rusiyadan alüminium idxalına qadağa qoyulub və 73 gəmi sanksiya siyahısına salınıb.

Türkan İsgəndərli

tag: Avropa,Rusiya,Sanksiya,Neft,todaypress.az,