Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzatdı

Dünya

14.03.2025 16:38

1036

Avropa İttifaqı (Aİ) anti-Rusiya sanksiyalarının 6 ay müddətinə uzadılmasını təsdiqləyib.   

TodayPress xəbər verir ki, bu barədə "RİA" mənbələrə istinadən məlumat yayıb. 

“Bəli, məhdudiyyətlərin uzadılması proseduru başladılıb və artıq uğurla başa çatıb” agentlik Avropa strukturlarından olan mənbədən sitat gətirib. 

Qeyd olunub ki, Aİ sanksiyaları mütəmadi olaraq 6 aydan bir uzadır və növbəti prosedur martın 15-dən əvvəl baş tutmalı idi. 

Töhfə Səməd

tag: Avropa İtitfaqı,Rusiya,Sanksiya,UZatma,Todaypress.az,