Aİ Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını istəmir

Dünya

27.03.2025 13:56

1881

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddəti başa çatana qədər yumşaldılması ilə bağlı heç bir qərar qəbul etməyəcək.

TodayPress xəbər verir ki, bu barədə “Euractiv” nəşri mənbələrə istinadən məlumat yayıb.

“Sanksiyalar uzadılmamışdan əvvəl heç nə dəyişməyəcək və biz çalışacağıq ki, heç nə dəyişməsin” deyə bildirilib.

Xatırladaq ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Rusiyanın Qara dənizdə zərbələrə moratorium qoyması üçün irəli sürdüyü şərtlər siyahısına Aİ-nin tətbiq etdiyi sanksiyaların ləğvi daxildir.

Aysel Mətləb

tag: Avropa İttifaqı,Rusiya,Ukrayna,Münaqişə,Sanksiya,Yumşalma,Todaypress.az,