Aİ Ukrayna danışıqlarında iştirak etməyəcək
Avropa İttifaqı (Aİ) Ukrayna ilə bağlı sülh danışıqlarında heç vaxt iştirak etməyəcəyini etiraf edib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilir ki, son bir həftə ərzində Brüsseldə realizm hissi yaranıb:
“Avropalılar indi başa düşürlər ki, onlar heç vaxt ABŞ prezidenti Donald Trampın başlatdığı sülh danışıqlarının bir hissəsi olmayacaqlar və görünür, onlar ABŞ-nin Kiyevə verdiyi dəstəyi əvəz edə bilməyəcəklər” deyə məlumatda qeyd olunur.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,ABŞ,Ukrayna,todaypress.az,Sülh,