Aİ Ukrayna üçün Rusiya aktivlərindən gəlir tələb edir

Dünya

09.04.2025 19:20

27

Avropa İttifaqı Ukraynaya verilməsi üçün dondurulmuş Rusiya aktivlərindən əlavə 2,1 milyard avro (2, 3 milyard dollar) mənfəət istəyib.   

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb. 

Bildirilib ki, bu məbləğ 2024-cü ilin iyulunda təqdim edilən birinci kreditdən sonra ikinci transfer olacaq.

Məbləğ 2024-cü ilin ikinci yarısında yığılan gəlirləri əhatə edir. 

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,Ukrayna,Rusiya,Aktivlər,Todaypress.az,