Aİ Ukraynaya 40 milyardlıq yardım ilə bağlı razılığa gələ bilmədi

Dünya

17.03.2025 18:20

1320

Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Ukraynaya 40 milyard avroluq yardım paketi ilə bağlı razılığa gəlməyiblər. 

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas məlumat verib.  

O, bunu Aİ Şurasının Brüsseldə keçirilən iclasından sonra baş tutan mətbuat konfransında bildirib. 

Kallasın sözlərinə görə, onlar hazırda detalların müzakirəsi mərhələsindədir. 

"Aİ xarici işlər nazirləri yaxın gələcəkdə bu məsələdə ortaq nöqtəyə gələ biləcəklər" deyə o ümid etdiyini dilə gətirib. 

Aysel Mətləb

tag: Avropa İttifaqı, Ukrayna,Kaya Kallas,XİN,todaypress.az,