Aİ Ukraynaya hərbi yardımı artırdı

Dünya

11.04.2025 13:59

9

Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas 2025-ci ildə Aİ ölkələrinin Ukraynaya hərbi yardımının 23 milyard avroya (26 milyarda dollar) qədər artacağını bildirib. 

TodayPress xəbər verir ki, bu barədə "RBC" məlumat yayıb. 

Onun sözlərinə görə, bu, keçən ilki 22 milyard dollarlıq  yardım səviyyəsini üstələyib. 

Avropa Komissiyası həmçinin 2025-ci ilin sonuna qədər Ukraynaya ölkənin bərpası və modernləşdirilməsi üçün 9 milyard dollar ayıracağını bildirib. 

 Türkan İsgəndərli

tag: Avropa İtitfaqı,Ukrayna,Hərbi Yardım,Artım,Todaypress.az,