Aİ Ukraynaya qoşun göndərmək istəmir
Bir sıra Avropa İttifaqı (Aİ) ölkələri Ukraynaya qoşun yeritmək əvəzinə NATO-nu gücləndirmək istəyir.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Danışıqlarda iştirak edən digər ölkələrin əksəriyyəti Ukraynaya qoşun yeritmək əvəzinə NATO-nun digər bölmələrini artırmaq üçün hərbi texnika və ya qoşun təklif edib" agentlik qeyd edib.
Əlavə olaraq vurğulanıb ki, ideyanın əsas əleyhdarlarından biri İtaliyanın baş naziri Corcia Melonidir.
Töhfə Səməd
tag: Avropa İttifaqı,Ukrayna,NATO,Danışıqlar,todaypress.az,