Aİ Ukraynaya tərəfdaşlıq təklif etdi

Dünya

25.02.2025 18:50

777

Avropa İttifaqı (Aİ) Ukrayna ilə nadir torpaq metallarının hasilatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq razılaşması imzalamağı təklif edib. 

TodayPress xəbər verir ki, bu barədə Avropa Komissiyasının icraçı sədr müavini Stefan Sejurne məlumat yayıb.

“Avropanın ehtiyac duyduğu 30 vacib resursdan 21-i Ukrayna tərəfindən təmin edilə bilər. Bu, qarşılıqlı faydalı tərəfdaşlıq çərçivəsində həyata keçirilə bilər” deyə Sejurne bildirib.

Onun sözlərinə görə, təklif artıq Ukrayna rəsmilərinə çatdırılıb.

Sejurne vurğulayıb ki, Brüssel Kiyevə hər iki tərəf üçün faydalı olmayan heç bir razılaşmanı məcburi şəkildə qəbul etdirməz. 

Qiymət Mahir

tag: Avropa İttifaqı, Yardım ,Ukrayna,Brüssel,Todaypress.az,