Aİ Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri fevralın 24-də Ukraynaya yeni hərbi yardım paketi təqdim etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə yüksək vəzifəli nümayəndəsi Kaja Kallas bunu Aİ xarici işlər nazirlərinin görüşündə bildirib.
Kallas yeni paketə sursat tədarüklərinin də daxil olduğunu vurğulayıb.
“Biz Rusiya əleyhinə 16-cı sanksiya paketini müzakirə edirik və ümid edirəm ki, bu paket həm oyun konsolları, həm də kölgə donanması ilə bağlı məhdudiyyətləri əhatə edəcək. Biz həmçinin qısa müddətdə Ukraynanı sursatlarla təmin etmək üçün yeni müdafiə təşəbbüsləri irəli sürürük” deyə o qeyd edib.
Qiymət Mahir
tag: Avropa İttifaqı,Ukrayna,Yardım,Paket,Rusiya,todaypress.az,