Aİ Ukraynaya yeni yardım paketini tənqid etdi

Dünya

20.03.2025 13:00

1366

Bir sıra Avropa ölkələrinin diplomatları Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Ukraynaya yeni yardım paketi təklifini tənqid ediblər.

TodayPress xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. “Bəzi diplomatlar Kallası onlarla məsləhətləşmədiyindən şikayətlənib, digərləri isə yardımların ümumi milli gəlirə əsaslanması təklifindən narahat olduqlarını bildirdilər” deyə nəşr qeyd edib.

Eyni zamanda, diplomatlardan biri ali nümayəndənin layihəsini “səmərəsiz” adlandırıb. 

Aysel Mətləb

tag: Avropa İttifaqı,Ukrayna,Yardım ,Paket,Tənqid,Todaypress.az,