Aİ və Çin elektrikli avtomobillərlə bağlı razılığa gəldi
Avropa İttifaqı və Çin istehsalı olan elektrik avtomobillərinə minimum qiymətlərin müəyyən edilməsi üçün danışıqlara başlayıb.
TodayPress xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, Aİ-nin ticarət komissarı Maroş Şefçoviç bu yaxınlarda Çinin ticarət naziri Van Ventao ilə danışıb.
Hər iki tərəf minimum qiymətlərin müəyyən edilməsi imkanını nəzərdən keçirməyə razılaşıb.
Daha əvvəl "Financial Times" qəzeti yazıb ki, ABŞ-yə idxal olunan mallara rüsumların artırılması ilə əlaqədar Aİ fövqəladə tədbirlər tətbiq etməyə hazırlaşır.
Ehtimal olunur ki, Amerika bazarını itirən Çin istehsalçıları Aİ-də daha çox məhsul satmağa çalışacaqlar.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,Çin,Elektrik,Avtomobil,Naqilsiz,Üstünlük,Funksiya,Yeni,Alimlər,todaypress.az,