Aİ və Kanadaya sərt xəbərdarlıq

Dünya

27.03.2025 13:06

2231

“Əgər Avropa İttifaqı (Aİ) və Kanada ABŞ-yə iqtisadi zərər vurmaq üçün əməkdaşlıq etsələr, onlara hazırda planlaşdırılandan qat-qat böyük gömrük rüsumları tətbiq olunacaq”.

TodayPress xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

Trampın bu açıqlaması ABŞ-nin son ticarət siyasətini daha da sərtləşdirəcəyinə işarə edir.

Qeyd edək ki, Vaşinqton artıq Meksika və Kanada mallarına 25 faizlik, Çin məhsullarına isə 20 faizlik yeni gömrük rüsumları tətbiq edib.

Rəsmilər bu addımı qeyri-qanuni miqrasiyaya və fentanil tədarükünə qarşı mübarizə ilə əsaslandırıblar.

ABŞ həmçinin Aİ mallarına qarşı da yeni rüsumlar tətbiq edib və bəyan edib ki, əgər digər ölkələrin ABŞ məhsullarına tətbiq etdiyi gömrük rüsumları qeyri-mütənasib olarsa, “güzgü rüsumları” ilə cavab veriləcək.   

Kanada və Çin artıq cavab tədbirlərini açıqlayıb. Aİ isə apreldə qarşılıqlı gömrük rüsumları tətbiq etməyə hazırlaşır. 

Qiymət Mahir

tag: ABŞ,Avropa İttifaqı,Kanada,Tramp,Todaypress.az,