Aİ vətəndaşları böhrana qarşı hazırlıqlı olmağa çağırır
Avropa İttifaqı (Aİ) vətəndaşların böhran vəziyyətlərində hazırlıqlı olması üçün plan təqdim edib.
TodayPress xəbər verir ki, insanlara 72 saatlıq ehtiyat ləvazimatlarının toplanması tövsiyə edilib.
Bildirilir ki, bununla yanaşı məktəblərdə hazırlıq tədrisi və fövqəladə hallara qarşı vahid strategiya tətbiq ediləcək.
Qeyd edək ki, Aİ Almaniya və Skandinaviya ölkələrinin böhran zamanı apardıqları işlərdən ilhamlanıb.
Bu ölkələr mümkün hərbi hücumlar və ya milli böhranlar barədə ictimaiyyəti məlumatlandırmaq üçün vərəqələr paylayıb və xüsusi mobil proqramlar hazırlayıb.
Türkan İsgəndərli
tag: Avropa İttifaqı,Vətəndaşlar,72 saat,Hazırlıq,Todaypress.az,