Aİ yeni müdafiə fondunun təfərrüatlarını açıqladı

Dünya

07.04.2025 11:07

14

Avropa İttifaqı ölkələrinin maliyyə nazirləri mövcud təşəbbüsləri tamamlayacaq yeni hökumətlərarası müdafiə fondunun yaradılmasını müzakirə edəcəklər.   

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. 

Bildirilib ki, aprelin 12-də Varşavada fondun yaradılması məsələsi ilə bağlı iclas keçiriləcək. 

Avropa Müdafiə Mexanizmi (EDM) dövlət borcunun səviyyəsini artırmadan külli miqdarda vəsait cəlb etməyə imkan verəcək. 

Qeyd olunub ki, borcunun çox olması, bir sıra ölkələri narahat edir. Lakin yeni fond ölkələrə müxtəlif hərbi texnika almağa, ondan istifadə haqqını ödəməyə, həmçinin kreditlər verməyə imkan verəcək.

Bundan əlavə, Böyük Britaniya, Ukrayna və ya Norveç kimi Aİ-nin üzvü olmayan ölkələr də fondun iştirakçısı ola bilərlər. 

Türkan İsgəndərli

tag: Avropa İttifaqı,MÜdafiə,Fond,Varşava,Görüş,Todaypress.az,