Aİ Zelenskiyə sakitləşməyi tövsiyə etdi

Dünya

24.02.2025 13:20

1971

Kiyevin avropalı müttəfiqləri, Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ prezidenti Donald Trampla münasibətləri pisləşdiyi üçün ritorikasını yumşaltmağı tövsiyə edib. 

TodayPress xəbər verir ki, bu barədə  “The New York Times” məlumat yayıb.

Zelenski isə Trampın dezinformasiya yaydığını bildirib.

Onun sözlərinə görə, Ukrayna və ABŞ resurs sazişi üzrə danışıqlarda çıxılmaz vəziyyətdə qalıb. Həmçinin, prezident sülh sazişi və ya NATO-ya daxil olmaq naminə istefa verməyə hazır olduğunu qeyd edib. 

Nicat Osman

tag: Zelenski,Ukrayna,ABŞ,Tramp,NATO,Aİ,Todaypress.az,