AİB-in yeni prezidenti vəzifələrinin icrasına başladı

Dünya

24.02.2025 09:44

1874

Masato Kanda fevralın 24-də rəsmi olaraq Asiya İnkişaf Bankının (AİB) 11-ci prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankı məlumat yayıb.

Kanda bildirib ki, o, 69 üzvün etimadı və əzmkar heyətin güclü dəstəyi ilə seçilib. 

“AİB-in dayanıqlı, inklüziv və davamlı inkişafı təşviq etmək missiyasını gücləndirməkdə qərarlıyam. Biz birlikdə tələb olunan inkişaf çağırışlarına cavab verərək AİB-in regionda etibarlı tərəfdaş olaraq qalmasına çalışacağıq” deyə o diqqətə çatdırıb.

Kanda Masasuqu Asakavanın varisi olaraq qabaqcıl təcrübə və innovasiyalar irsini davam etdirəcək.

tag: AİB,Prezident,Yeni,Asiya,todaypress.az,