AİB Myanma üçün 3 milyon dollar ayıracaq
Asiya İnkişaf Bankı (AİB) martın 28-də baş vermiş 7,9 bal gücündə zəlzələdən zərər çəkmiş Myanma xalqının fövqəladə və humanitar ehtiyaclarını dəstəkləmək üçün 3 milyon ABŞ dolları məbləğində qrant hazırlayır.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat verib.
AİB-in Direktorlar Şurası tərəfindən sürətləndirilmiş təsdiq üçün hazırlanan qrant BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə təqdim ediləcək.
Bu qrant natura şəklində ərzaq paylanması, eləcə də içməli su, tibbi ləvazimat və sığınacaq kimi zəruri əşyaların alınması üçün çoxməqsədli pul yardımı vasitəsilə təcili ehtiyacların ödənilməsinə yönəldiləcək.
Qrant AİB-in inkişaf etməkdə olan üzvlərinə təbii fəlakətlər nəticəsində yaranan genişmiqyaslı itkilərdən dərhal sonra həyati xilasetmə məqsədilə sürətli maliyyə dəstəyi təqdim edən Asiya-Sakit Okean Fəlakətlərə Cavab Fondundan ayrılacaq.
Aysel Mətləb
tag: Asiya İnkişaf Bankı,Myanma,Zəlzələ,Humanitar,Yardım,Milyon,Dollar,Todaypress.az,