AK 2030-cu ilə qədər hərbiləşmə planını təqdim etdi

Dünya

19.03.2025 17:58

2100

Avropa Komissiyası (AK) 2030-cu ilə qədər Avropa İttifaqının hərbiləşdirilməsi planını təqdim edib. Bu plana Ukraynanın silahlandırılması da daxildir.   

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyası bəyanat verib. 

Bəyanatda qeyd edilir ki, müdafiə paketi Aİ ölkələrinə silah istehsalına və hərbi imkanların genişləndirilməsinə kəskin şəkildə investisiya qoymaq üçün maliyyə rıçaqları təqdim edəcək. 

Bundan əlavə, plan Ukraynaya hərbi yardımın artırılması yolu ilə dəstək verilməsini nəzərdə tutur.  Martın 4-də Londonda keçirilən Aİ ölkələrinin sammitində Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Avropada silahlanma dövrü” elan edib.

Onun təqdim etdiyi plana əsasən, dörd il ərzində 800 milyard avro həcmində investisiya cəlb ediləcək. Bu vəsaitlər Ukraynaya dəstəyin davam etdirilməsi və Avropanın təhlükəsizliyi üçün daha çox məsuliyyətin öz üzərinə götürülməsi məqsədilə ayrılacaq. 

Martın 9-da isə Ursula fon der Lyayen bəyan edib ki, Avropa Komissiyası hərbi hazırlıq rejiminə keçməlidir.  Rusiya xarici işlər naziri Sergey Lavrov amerikalı blogerlərə verdiyi müsahibədə bildirib ki, Avropa Komissiyasının rəhbəri Aİ ölkələrini remilitarizasiyaya cəlb etməklə, pandemiya dövründə və Ukrayna müharibəsi fonunda yaranan böyük xərclərdən diqqəti yayındırmağa çalışır. 

Qeyd edək ki, bundan əvvəl Brüsseldə bildirilib ki, Ukraynada atəşkəsin əldə olunması Avropa Komissiyasının maraqlarına uyğun deyil. 

Qiymət Mahir

tag: Avropa,Ukrayna,Rusiya,Hərbi,Todaypress.az,