AK: ABŞ Avropa ilə münasibətləri alt-üst edir
Avropa Komissiyasının (AK) vitse-prezidenti Teresa Ribera hesab edir ki, ABŞ prezidenti Donald Tramp Avropa İttifaqı ilə ikitərəfli “etibar münasibətlərini” kökündən dəyişib.
TodayPress verir ki, bu barədə o, "Reuters"ə müsahibəsində deyib.
Vitse-prezidentin sözlərinə görə, Avropa öz güclü tərəflərinə və prinsiplərinə sadiq qalmalıdır.
O, Atlantikanın digər tərəfində Avropa ilə müqayisədə əminliyin və proqnozlaşdırmanın olmamasına işarə edərək, bunun uzunmüddətli perspektivdə biznesin maraqlarına zidd olduğunu qeyd edib.
Töhfə Səməd
tag: Avropa Komissiyası,Teresa Ribera,ABŞ ,Donald Tramp,Avropa İttifaqı,todaypress.az,