AK ABŞ ilə Ukrayna sazişini qiymətləndirdi

Dünya

02.05.2025 19:50

10

Avropa Komissiyası (AK) Ukrayna ilə ABŞ arasında nadir torpaq metallarına dair imzalanmış sazişin eksklüziv xarakter daşımadığını və Kiyevin 2021-ci ildə Aİ ilə imzaladığı kritik minerallar üzrə memorandumun icrasını davam etdirməli olduğunu bildirib. 

TodayPress xəbər verir ki, bu barədə AK-nın rəsmi nümayəndəsi Lea Zuber “RİA”ya açıqlama verib.

“İlkin qiymətləndirməmizə görə, ABŞ-Ukrayna razılaşması eksklüziv deyil. Ukraynanın bu sahədə Aİ ilə əməkdaşlığı davam etdirməsi mümkündür və biz bunu alqışlayarıq” deyə Zuber qeyd edib.

Xatırladaq ki, aprelin 30-da Vaşinqton və Kiyev nadir torpaq metallarına dair saziş imzalayıb. 

Qiymət Mahir

tag: AK,ABŞ,Ukrayna,Aİ,todaypress.az,